“Qarabağ” - “Roma” matçının biletləri satışa çıxarılır

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək "Qarabağ"-"Roma" (İtaliya) oyununun biletləri sentyabrın 8-dən satışa çıxarılacaq.
 
Biletlərin qiyməti 2 - 50 manat arasında dəyişir.
 
Azarkeşlər biletləri “ASAN” Xidmət Mərkəzləri, Heydər Əliyev Sarayının kassası, “28 Mall”, “Gənclik” Mall, “Park Bulvar” alış-veriş mərkəzləri, 69x və iTicket köşklərindən əldə edə bilərlər.