“Qarabağ” - “Roma“: ilk gündə 3 min bilet satıldı

Dünən saat 17:00-dan etibarən “Qarabağ”ı Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın biletləri satışa çıxarılıb.

İlk gündə təxminən 3000 bilet satılıb.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri:

VIP - 50 AZN

Kateqoriya 1 - 20 AZN

Kateqoriya 2 - 10 AZN

Kateqoriya 3 - 5 AZN

Kateqoriya 4 - 2 AZN

Şatış məntəqələri:

Asan Xidmət Mərkəzləri

Heydər Əliyev Sarayının kassası

28 Mall

Gənclik Mall

Park Bulvar (Qarabağ FK Fanshop)

M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)

Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)