AFFA seçim qarşısında: Millinin yeni baş məşqçisi kim olacaq?

AFFA rəhbərliyi 21 yaşlılardan ibarət milli komandamız üçün baş məşqçi axtarışlarını davam etdirir. Yaşar Vahabzadəni baş məşqçi postundan uzaqlaşdıran qurum rəhbərliyi yeni çalışdırıcını müəyyənləşdirməyib.

Yayılan informasiyalara görə, öncə Tərlan Əhmədovla danışıq aparılıb. Ancaq son olaraq AZAL-da çalışan mütəxəssis "Neftçi" ilə anlaşdığı üçün AFFA-nın təklifinə "yox" cavabı verməli olub.  

Bizdə olan son məlumata görə, federasiya 2 variant üzərində dayanıb. U-21 yığmasının "sükanı arxası"na Yaşar Vahabzadənin vaxtında köməkçi-məşqçi vəzifəsində çalışan Samir Ələkbərovun və ya veteran futbolçu Aslan Kərimovun keçəcəyi gündəmdədir. 

Qurum bu barədə qərarını tezliklə açıqlayacaq.