"Neftçi"nin yeni baş məşqçisi məlum oldu

Topaz Premyer Liqasının ilk iki turundan sonra baş məşqçisi Elxan Abdullayevlə yolları ayıran "Neftçi"ni çalışdıracaq mütəxəssisin adına aydınlıq gəlib.

"Ağ-qaralar"ın "sükanı arxası"na Tərlan Əhmədov keçəcək. Son olaraq AZAL-da çalışan mütəxəssis ilə danışıqlar müsbət yekunlaşıb. Komandaya müvəqqəti olaraq rəhbərlik edən əvəzedici heyətin çalışdırıcısı Elşad Əhmədov paytaxt klubunu bir neçə oyuna çıxardıqdan sonra əvvəlki işinə qayıdacaq.

Xatırladaq ki, Tərlan Əhmədov 2011/13-cü illərdə "Neftçi"də köməkçi məşqçi kimi çalışıb.(futbol11)