Millimiz FİFA reytinqində geriləyəcək

DÇ-2018-in seçmə mərhələsində sentyabrda Norveç (0:2) və San Marinoya (5:1) qarşı keçirdiyi oyunlar millimizin FİFA reytinqindəki mövqeyinə ciddi təsir göstərəcək. Yığmamız yeni siyahıda 39 xal itirəcək.

Hazırda aktivində 427 xal olan ölkəmizin yeni cədvəldəki əmsalı 388-ə bərabər olacaq. Bu da yığmamızın geriləməsinə səbəb olacaq. Belə ki, xal itksindən əlavə Norveç, Kuraçao, Benin, Fələstin, Kipr, Zambiya, Estoniya, İraq, Finlandiya, Kabo Verde ötən ay göstərdiyi nəticələr görə yığmamızı arxada qoyacaq. Əvəzində millimizdən də çox itkiyə məruz qalacaq Trinidad və Tobaqo, Konqo və Syerre-Leonenin geriləməsi ölkəmizin adıçəkilənləri qabaqlamasına şərait yaradacaq. Nəticədə yığmamız yeni cədvəldə təxminən, 86-cı mövqedə qərarlaşacaq.

Qeyd edək ki, reytinq cədvəli sentyabrın 14-də açıqlanacaq.