Elyunussi Azərbaycanın ən güclü komandasına gəldiyi üçün xoşbəxtdi: “Qarabağ” “Rosenborq”u məğlub etdiyi vaxtdan yadımda qalmışdı"

Bu gün “Qarabağ”ın yeni transferi Tarik Elyunussi Azərbaycana gələrək komandaya qoşulub. Elyunussi Ağdam təmsilsiçinə keçidi haqda öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib: “Azərbaycanın ən güclü komandasına gəldiyim üçün xoşbəxtəm. Bu komandadan təklif gələndə təəccüblənmədim. Hətta “Qarabağ” “Rosenborq”u məğlub etdiyi vaxtdan yadımda qalmışdır. “Qarabağ”ın gücü bəllidir, bu mövsüm Azərbaycan futbol tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq, güclü qrupda yer almışıq. Amma buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, “Qarabağ”ı layiqincə təmsil edək. Buna da inanıram. Komandanın son günlərdə hücumameyilli futbolçular transfer etdiyini bilirəm. Bu rəqabət ancaq komandanın xeyrinə olacaq, keyfiyyətin artmasına kömək edəcək. Mən də “Qarabağ”ın uğur qazanmasını üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”.