Bakı Olimpiya Stadionu ilə bağlı təqdimatın görüntüləri - VİDEO

Bakı Olimpiya Stadionunun Çempionlar Liqası və Avropa Liqasında 2018-2019 mövsümünün final oyunlarına namizədliyi ilə əlaqədar hazırlanmış təqdimat kitablarının fotoları və videoçarxı təqdim olunub.
 
Olimpsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hər iki videoçarx fərqli sujet xətti ilə hazırlanıb. 
Qeyd edək ki, sentybarın 5-də Bakı Olimpiya Stadionunun Çempionlar Liqası və Avropa Liqasında 2018-2019 mövsümünün final oyunlarına namizədliyi ilə əlaqədar hazırlanan xüsusi prezentasiya İsveçrənin Nyon şəhərindəki UEFA-nın mənzil-qərargahında AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən təqdim olunub. Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.
 
Oyunların keçiriləcəyi stadionlarla bağlı UEFA İcraiyyə Komitəsinin qərarı bu il sentyabrın 21-də açıqlanacaq.