UEFA "Azərsun Arena"nın adını dəyişdirdi
UEFA Gənclər Liqasında qrup mərhələsinin I dövrəsinin təqvimi açıqlanıb. C qrupunda mübarizə aparan “Qarabağ”ın U-19 komandasının “Çelsi”, “Roma” və “Atletiko” ilə oyunlarının da vaxtı və yeri müəyyənləşib.
Bakıdakı oyunlar saat 12:00-də başlayacaq. Rəqiblərini “Azərsun Arena”da qəbul edəcək çempionumuzun meydançası rəsmən “Qarabağ” stadionu kimi tanınacaq. Bu da onunla bağlıdır kli, UEFA reklam tipli, sponsor adlarına icazə vermir.
12 sentyabr
Gənclər Liqası, Çempionlar Liqası yolu
C qrupu
I tur
14:05. “Çelsi” (İngiltərə) – “Qarabağ”
Surrey. “Çelsi” Futbol Klubunun Təlim-Məşq Bazası
27 sentyabr
II tur
12:00. “Qarabağ” – “Roma” (İtaliya)
Bakı. “Qarabağ” stadionu
18 oktyabr
III tur
12:00. “Qarabağ” – “Atletiko” (İspaniya)
Bakı. “Qarabağ” stadionu