“Qarabağ” – “Roma” matçına ilk iki gündə satılan biletlərin sayı açıqlandı

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma” ilə matçın bilet satışı davam edir. 

Ötən günə olan son nəticələrə əsasən, 12500 bilet satılıb.

Satışın ilk günündə bu rəqəm 3000-ə bərabər idi.

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si, saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri

VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN