YDÇ-2017: Ayşən Yusifova bürünc medal qazandı

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. 

Dördüncü yarış günündə 40, 46, 52, 60 və 70 kq çəki dərəcələrində yeniyetmə qızlar mübarizəyə qoşulub. Güləşçilərimiz 2 çəkidə mübarizə aparıb.

40 kq çəkidə yarışan Ayşən Yusifova ilk görüşdə Gürcüstan təmsilçisindən üstün olsa da, yarımfinalda Bolqarıstan idmançısına uduzub. Bürünc medal uğrunda görüşə haqq qazanan güləşçimiz həlledici qarşılaşmada rəqibi Ukrayna təmsilçisi olub. Gərgin keçən qarşılaşmanı üstün tamamlayan güləşçimiz çempionatın bürünc medalını qazanıb.   

Beləliklə, yeniyetmələrin Dünya çempionatında qadın güləşçilərin mübarizəsi başa çatıb. 6 idmançı ilə təmsil olunan yığmamız çempionatı 1 qızıl və 1 bürüncmedalla tamamlayıb.