Londondan “Qarabağ” azarkeşlərinə göndərilən biletlərin hamısı satıldı

"Qarabağ”ın İngiltərə təmsilçisi "Çelsi”yə qarşı Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçirəcəyi oyun üçün Bakıya göndərilmiş biletlərin hamısı satılıb. 
 
Ağdam klubunun rəsmi "facebook” səhifəsinə istinadən xəbər verir ki, Londonda bilet əldə etmək istəyən "Qarabağ” azarkeşlər üçün isə bilet satışı sentyabrın 11-i həyata keçiriləcək. Bilet satışının məkanı haqda növbəti günlərdə ətraflı məlumat veriləcək. 
 
Biletlərin qiymətlərinə gəlincə, "first class” 75 funt sterliq, azarkeş sektoru isə 35 funt sterlinqdir. Londonda Ağdam klubunun forma, şarf və papaqlarının satışı da təşkil olunacaq.
 
Qeyd edək ki, sentyabrın 12-də keçiriləcək "Çelsi” – "Qarabağ” oyunu saat 22:45-də başlayacaq.