“Səbail”dən böyükhesablı qələbə

Paytaxtın "Səbail” klubu "Dalğa Arena”nın köməkçi meydançasında bu il I divizionda çıxış edəcəyi gözlənilən "Binə” komandası ilə yoldaşlıq oyunu keçirib.
 
Qarşılaşma 4:0 hesabı ilə "Səbail” komandasının xeyrinə başa çatıb. Vüqar Nadirovun dubl etdiyi oyunda hərəyə bir dəfə Renan Telles və Elman Taqayev fərqlənib.