Zayzenbaxer azadlığda

Ukrayna paytaxtında həbs olunmuş cüdo üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Peter Zayzenbaxer azadlığa buraxılıb. Avstriyalı ikiqat olimpiya çempionu yetkinlik yaşına çatmamış iki yetirməsinə qarşı seksual zorakılıqda ittiham olunur. 
 
Zayzenbaxerin Avstriyaya ekstradisiyası davam etdiriləcək. Prosesin bu ay həyata keçiriləcəyi gözlənilir. 57 yaşlı mütəxəssisin 1997 - 2004-cü illərdə cinayətə yol verdiyi güman olunur. Həmin vaxt iki qızın 14 yaşı olmayıb. Günahı sübuta yetirilsə, Zayzenbaxeri 10 ilədək azadlıqdan məhrum etmə gözləyir. 
 
Qeyd edək ki, Peter Zayzenbaxer 2012-ci il London Yay Olimpiya Oyunlarında Gürcüstan, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında isə Azərbaycan millisinin baş məşqçisi olub.