U-21-də Samir Ələkbərov dövrü başlıyır

21 yaşadək futbolçulardan ibarət milli komandamızın yeni baş məşqçisi müəyyənləşib. AFFA bu vəzifəni Samir Ələkbərova tapşırmaq niyyətindədi. O, bu postda İrlandiya ilə oyundan sonra istefaya göndərilən Yaşar Vahabzadəni əvəzləyəcək. Samir Ələkbərovun təyinatı yaxın günlərdə rəsmiləşəcək.Qeyd edək ki, Samir Ələkbərov futbolçu karyerası ərzində "Gənclik" (Bakı), "Qarabağ" (Xankəndi), "Neftçi", "Makkabi" (Petax Tikva, İsrail) və "Xəzər Universiteti" klublarında çıxış edib, Azərbaycan millisində 16 oyun keçirərək 2 qol vurub. "Neftçi" və "Xəzər Lənkəran"da Ağasəlim Mircavadovun köməkçisi olmuş 48 yaşlı mütəxəssis son illər Bakıda "Mançester Yunayted" Yay Futbol Məktəbində fəaliyyət göstərib.(aut)