Nizami Hacıyev: "Burda kriminal bir şey yoxdu"

"Sadə səhvlərdən qol buraxdıq. Bu da normaldır, çünki futbolda hər şey olur. Növbətoi oyunlarda bu cür səhvləri təkrarlamarıq”.Bu fikirləri "İnter”in kapitanı Nizami Hacıyev Topaz Premyer Liqasının IV turunun açılış matçında "Kəpəz” üzərində 3:2 hesablı qələbədən sonra jurnalistlərə açıqlamasında bildirib.

Təcrübəli futbolçu hesabda 3:0 öndə olduqdan sonra 2 qol buraxmalarına arxayınçılıqla bağlı olduğunu söyləyib: "Belə bir "xəstəliyə” tutulmuşuq - qol vurandan sonra arxayınçılıq olur. Bunu aradan qaldırmağımız lazımdı. "Kəpəz” yaxşı komandadı, fəal oynayırdı. Ona uğurlar arzulayıram. Bu gün idman xoşbəxtliyi bizim tərəfdə idi".

Nizami 4 oyuna 6 xal toplamalrına belə dəyərləndirib: "Əlbəttə, bu, ürəkaçıcı deyil. Amma nə edək, ilk 2 turda 6 xal itirdik. Buna heyfslənirik, ancaq artıq geriyə baxmağa vaxtımız yoxdu. Yalnız irəliyə baxıb, növbəti görüşlərdə xallar qazanmalıyıq”.

Hacıyev "Kəpəz”in öz cərimə meydanından qol vurmasında "qapıçısı Orxan Sadıqlının səhvə yol verməsinə də münasibət bildirib: "Futboldur, olur. İlk qolda ortada top itirdim. Bu da normalıdır. Kimsə topu itirməlidir, kimsə də onu ələ keçirib qol vurmalıdır. Burda kriminal bir şey yoxdu”.