"Zirə" ilk xallarını itirdi, vahid lider oldu

Topaz Premyer Liqasının hesabat turunda günün digər matçı Qəbələdə oynanılıb. Turun mərkəzi oyununda şəhərin eyniadlı komandası "Zirə"ni qəbul edib. İlk 3 turda maksimum nəticə göstərərək turnir cədvəlinə başçılıq edən Ayxan Abbasovun komandası ilk xalını Qəbələdə itirib. Halbuki, zirəlilər oyunda hesabı açan tərəf olub. Ancaq "Qəbələ" uzatma dəqiqələrində penaltidən məğlubiyyətdən qaça bilib.

Bu 1 xal "Zirə"ni turnri cədvəlində vahid lider edib. Çünki şərlik lider olan "Qarabağ" bu turda "Səbail"lə səfər matçı başqa vaxta təxirə salınıb. 

Xatırladaq ki, IV tura dünən start verməli olan "Səbail" - "Qarabağ" matçı qonaqların Çempionlar Liqasında "Çelsi" ilə matçının olması səbəbindən təxirə salınıb.

20:30. “Qəbələ” – “Zirə” - 1:1 

QOLLAR: Cavid Hüseynov, 90+2-pen - Viktor İqbekoyi, 74
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Cabbarov
Qəbələ. Şəhər stadionu