Ayxan Abbasov baş hakimə etiraz, polis zabitiylə mübahisə etdi

Topaz Premyer Liqanın IV turunda keçirilən "Qəbələ" - "Zirə" oyunundan sonra insident yaşanıb. Qonaq komandanın baş məşqçisi Ayxan Abbasov matç bitdikdən sonra meydana daxil olub və  90+2-ci dəqiqədə qapılarına təyin olunan penalti epizoduna görə baş hakim Ömər Paşayevə kəskin etiraz edib. Bundan sonra polislər araya girib və bu zamana Ababsovıa bir polis zabiti arasında kiçik mübahisə yaranıb. Daha sonra "Zirə"nin baş məşqçisi meydançanı tərk edib.

Qeyd edək ki, "Qəbələ" - "Zirə" oyunu 1:1 hesabı ilə başa çatıb.