"CBC Sport" xəbərdarlıq edir

"CBC Sport" telekanalı rəsmi məlumat yayıb. Həmin məlumatı diqqətinizə çatdırırıq:

"Hörmətli "CBC Sport" izləyiciləri, son günlər kanalımızın adına müxtəlif sosial şəbəkələrdə saxta hesablar açıb, kanalın mövqeyini əks etdirməyən məlumatlar paylaşılır. Sizdən xahiş edirik ki, sosial şəbəkələrdə ancaq kanalın rəsmi hesablarını izləyəsiniz. 

"CBC Sport" kanalı Türkiyə Super Liqasının oyunlarının yayım hüququna yiyələnib. Texniki infrastruktur hazır olandan sonra matçların yayımına başlayacağıq.

Rəsmi sosial hesablarımız:

https://www.facebook.com/cbcstv/
https://www.instagram.com/cbc_sport/
https://twitter.com/CBC_SPORT_TV
https://www.youtube.com/cbcsport
http://www.cbcsport.tv/