TPL: "Neftçi" "Sumqayıt" səfərində

Bu gün Azərbaycan Premyer Liqasının 4-cü turunda daha bir qarşılaşma keçiriləcək.
 
"Sumqayıt" öz meydanında "Neftçi"ni qəbul edəcək. 3 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşan meydan sahibləri hələ ki, qələbə qazana bilməyən paytaxt təmsilçisi ilə münasibətləri aydınlaşdıracaq. 
 
Bu tur çərçivəsində keçirilməsi planlaşdırılan "Səbail" - "Qarabağ" görüşü isə Ağdam təmsilçisinin müraciəti əsasında ertələnib. Buna səbəb komandanın sentyabrın 12-də səfərdə "Çelsi" ilə keçirəcəyi Çempionlar Liqasının oyunudur.
 
 
10 sentyabr 
 
Topaz Premyer Liqası, IV tur
 
19:00."Sumqayıt” - "Neftçi”
 
Hakimlər: Rəhim həsənov, Azər Əsgərov, Cəmil Quliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov 
"Kapital Bank Arena”