Emin Mahmudov "Neftçi"də

Millimizin üzvü Emin Mahmudovun yeni klubu müəyyənləşib. Portuqaliyanın "Boavişta" klubundan ayrılan futbolçu karyerasını ölkəmizdə davam etdirəcək. 

Əldə etdiyimiz məlumata görə, yarımmüdafiəçi "Neftçi" klubu ilə anlaşıb. Bu gün ölkəmizə gələn futbolçu yaxın günlərdə "ağ-qaralar"la rəsmi müqavilə imzlayacaq. Onun paytaxt klubu ilə imzalayacağı müqavilənin detalları bəlli deyil. 

Qeyd edək ki, Rusiyanın "Saturn" klubunun yetirməsi olan 25 yaşlı futbolçu karyerası ərzində "Spartak", "Tom", "Krlya Sovetov" və "Mordoviya" kimi klublarda top qovub. (futbol11.az)