"Qarabağ" üçün tarixi matç yunanlara tapşırıldı

Çempionlar Liqasının qrup mərhələsinin “Çelsi” – “Qarabağ” matçının hakimləri müəyyənləşib. Azərbaycanın qrup mərhələsində debütü olan tarixi oyunu Yunanıstan Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək.

Anastasios Sidiropoulosu baş hakim, Polixronis Kostaras, Lazaros Dimitriadisı yan xətt hakim təyin olunublar. Xaralambos Kalogeropoulos və Alexandros Aretopoulos əlavə yardımçı hakim funksiyanı yerinə yetirəcək. Dördüncü hakim Damianos Efthimiadis olacaq.

Qeyd edək ki, “Çelsi” – “Qarabağ” oyunu sentyabrın 12-də keçiriləcək. (qol.az)