"Qarabağ" bu gün Londona yollanır

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində debüt matçını keçirəcəyi Londona bu gün yola düşür. İlk turda "Çelsi"yə rəqib olan Ağdam təmsilçisi Bakı vaxtı ilə saat 17.00-da çarter reysi ilə İngiltərə paytaxına yola düşəcək.

Matç sentyabrın 12-də Bakı vaxtilə saat 22:45-də keçiriləcək. Təmsilçimiz oyundan 1 gün öncəki son məşqini "zadəganlar"la qarşılaşacağıq "Stemford Bric"də keçirməsi nəzərdə tutulub. 

"Qarabağ"ın əsas komandası ilə yanaşı  UEFA Gənclər Liqasında yarışacaq U-19 komandası da bu gün eyni təyyarə ilə Londona gedəcək. Aftandil Hacıyevin komandasının da bu yarışda debütü sentyabrın 12-də Londonda "Çelsi"də qarşıdı. Ancaq U-19-un həmyaşıdları ilə matçı günorta saatlarında - Bakı vaxtilə saat 14:05-də başlayacaq