"Sumqayıt"ın ən yaxşı futbolçusu özüməm" - MÜSAHİBƏ

"Sumqayıt"ın futbolçusu Rəşad Eyubov sosial şəbəkə vasitəsilə ünvanlanmış sualları cavablandırıb. Həmin müsahibəni təqdim edirik...
 
- Futbola harada başlamısan?
- Futbolla uşaqlıqdan maraqlanıram. Bu sahədə ilk addımlarımı Ukraynanın Odessa şəhərinin futbol məktəblərinin birində atmışam.
 
- "Sumqayıt” Avropa Liqasına vəsiqə qazana biləcəkmi?
- Hazırda çox yaxşı komandamız var. Gündən-günə irəliləyişimiz hiss olunur. Bütün komanda olaraq uğurlu nəticəyə köklənmişik. Bunu bacaracağımıza ümidvaram.
 
- Legioner həyatı yaşamağı düşünürsən?
- Əlbəttə.
 
- Ən böyük arzun hansı klubda oynamaqdır?
- London "Arsenal”ında.
 
- "Qəbələ”də oynadığın mövqedə niyə oynamırsan?
- Mən universal futbolçuyam (gülür). Əlbəttə, baş məşqçimiz harda məsləhət görürsə, orda da oynayıram.
 
- Çox klubda forma geyinmisən, yaddaşından silinməyəcək klub hansıdır?
- "Xəzər Lənkəran”.
 
- Kriştianu Ronaldu, yoxsa Lionel Messi?
- Heç biri.
 
- Özünü Andres İnyestaya bənzədirsən?
- Xeyr.
 
- "Qarabağ”dan Çempionlar Liqasında hansı nəticəni gözləyirsən?
- İlk öncə, "Qarabağ”ı Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edirəm. Bu mərhələyə gəlib çatmaq Azərbaycan futbolu üçün böyük uğurdur. Nəticəyə gəldikdə, reallıqla yanaşsaq, "Qarabağ”ın düşdüyü qrupda uğurlu nəticə qazanıb növbəti mərhələyə yüksəlməsi çox çətin olacaq. Amma ən azı, Avropa Liqasının 1/16 final mərhələsindən yoluna davam edəcəyinə ümid edirəm.
 
- "Qarabağ”, yoxsa "Çelsi”?
- "Qarabağ".
 
- "Neftçi” ilə oyunda azarkeşlərlə selfi çəkdirərsən?
- Əlbəttə.
 
- Əslən haralısan?
- Sumqayıtda anadan olmuşam.
 
- Niyə məhz 32 nömrəli formanı geyinirsən?
- Mənə nömrə fərqi yoxdur. Əksər klublarda bu nömrə çox vaxt lazımsız olub boş olduğu üçün məcburiyyətdən seçmişəm (gülür).
 
- Sənə görə "Sumqayıt”ın ən yaxşı futbolçusu kimdir?
- Rəşad Eyubov (gülür).
 
- Komandada özünə ən yaxın bildiyin futbolçu kimdir?
- Bütün futbolçularla münasibətim yaxşıdır. Biz bir ailəyik.
 
- Millidə oynamağa özünü hazır sayırsan?
- Əvvəl də oynamışam, indi də çağırsalar, can-başla kömək edərəm. Milli komandanın mənafeyi bizim üçün hər zaman birincidir.
 
- Niyə məhz "Sumqayıt”?
- Bu klubun rəhbərliyi və məşqçi heyətinin mənə qarşı münasibəti seçimimin əsas səbəbidir.
 
- Azarkeşlərə nə demək istərdin?
- Daim yanımızda olan fanatlara burdan təşəkkür edirəm.