"Qəbələ"dən nümunəvi addım: abituriyentlər mükafatlandırıldı - FOTOLAR

"Qəbələ"nin futbolçuları ali təhsil müəssisələrinə builki qəbul imtahanlarında rayondan yüksək nəticə göstərmiş bəzi abituriyentləri mükafatlandırıblar.
 
Bu barədə klubun rəsmi "Facebook" səhifəsində paylaşım edilib. "Qəbələ" - "Zirə" (1:1) matçının fasiləsində "Ekspress" təhsil mərkəzinin "İsra" kurslarının qəbul imtahanlarında 650-dən çox bal toplayan 5 məzununa hədiyyələr təqdim olunub. Həmin gəncləri siz də tanıyın:
 
Nəcabət Yaralıyeva - 653 
Nilufər Cəbrayılbəyli - 654 bal 
Elmar Kərimov - 663 bal 
Ayşən Ağamoğlanova - 670 bal 
İmran Nəzirli - 695 bal
 
"Qəbələ" ali məktəblərə qəbul olunan bütün abituriyentləri təbrik edir, onlara təhsil və şəxsi həyatlarında uğurlar arzulayır.