"Qarabağ" üçün Londonda mübarizə aparmaq çox çətin olacaq”

"Çətin qarşılaşma olacaq. Bütün futbol azarkeşləri "Qarabağ"ın necə sınaq qarşısına çıxacağını yaxşı bilir".

 Bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki deyib.

Xorvat çalışdırıcı Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində baş tutacaq "Çelsi" - "Qarabağ" matçı haqda danışıb. O, "Qarabağ"ın şanslarını belə dəyərləndirib: "Çelsi" dünyanın ən güclü komandalarından biridir, hazırda İngiltərənin çempionudur. Bəllidir ki, "Qarabağ" üçün mübarizə aparmaq çox çətin olacaq. Amma çıxıb komanda oyunu oynamaq, özünü müsbət tərəfdən göstərmək lazımdır".

Qeyd edək ki, “Çelsi” - “Qarabağ” oyunu sentyabrın 12-də Bakı vaxtiilə saat 22:45-də start götürəcək (futbol11.az).