“Neftçi”ni düzəltmək üçün çox vaxt lazımdır”

“İlk hissədə zəif çıxış etdik. Futbolçulardan belə oyun gözləmirdim”.

Bu sözləri “Neftçi”nin məşqçisi Elşad Əhmədov deyib.

“Ağ-qaralar” Topaz Premyer Liqasının IV turunda səfərdə “Sumqayıt”a məğlub olub - 0:1. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gənc çalışdırıcı fikirlərini bildirib:

“İkinci hissədə yaxşı oynadıq, futbolçulıar fiziki cəhətdən yaxşı olmağa çalışırlar. Qol imkanımız olsa da, bunlardan istifadə etmədik”.

- Komandada istək yoxdur. Bu nə ilə bağlıdır?

- Əlbəttə, problemlər var idi. Futbolçular ötürmə etməkdə çətinlik çəkirdilər. Bunların üzərində işləməliyik. Fiziki baxımdan irəliləyiş olsa da, xətlər arasında problemlər var. Futbolçulara oyundan sonra çox işləmək lazım olduğunu dedim.

- Bilirsiniz ki, komandaya yeni baş məşqçi gətirilib. Bu vəziyyətdə komandanı oyuna hazırlamaq çətin olmadı?

- Vallah, mən öz işimin öhdəsindən gəlməyə çalışıram. Əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.

- Yeni gələn baş məşqçiyə “Neftçi”ni düzəltmək üçün nə qədər vaxt lazımdır?

- Çox vaxt lazımdır.