"Qarabağ"ın Londondakı məşqinin vaxtı dəqiqləşdi

Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda səfərdə "Çelsi" ilə “Qarabağ”ın İngiltərədəki məşqinin başlama saatı müəyyənləşib.
 
Komanda görüşün keçiriləcəyi "Stamford Bric" stadionunda bu gün Bakı vaxtı ilə saat 21:45-də son məşqinə çıxacaq.
 
Xatırladaq ki, "Çelsi" - "Qarabağ" görüşü sabah saat 22:45-də başlayacaq.