“Neftçi” daha bir futbolçunu transfer edir

Emin Mahmudovdan sonra “Neftçi” daha bir transfer reallaşdıracaq.
 
Bu, Rəşad Sadiqovdu.
 
Mövsümlərarası fasilədə”Zirə”yə transfer olunan 34 yaşlı yarımmüdafiəçi baş məşqçi Ayxan Abbasovla arasında yaşanan münaqişədən sonra komandadan kənarlaşdırılıb. Azad agent statusu ilə “ağ-qaralar”a qoşulacaq Sadiqovun yeni baş məşqçi Tərlan Əhmədovun istəyi ilə komandaya cəlb edildiyi bildirilir.
 
Qeyd edək ki, bu, Rəşadın “Neftçi” karyerasının 4-cü səhifəsi olacaq. Əvvəllər yarımmüdafiəçi 2003-2004, 2005-2008, 2012-2014-cü illərdə “Neftçi”nin şərəfini qoruyub və ümumilikdə keçirdiyi 145 oyunda 8 qola imza atıb.(sport24)