“Neftçi” rəsmən təsdiqlədi: “Tərlan Əhmədov bu gün komandaya təqdim olunacaq”

“Bu gün yeni baş məşqçi təyinatını reallaşdırılacaq. Günorta saatlarında Tərlan Əhmədov baş məşqçi kimi komandamıza təqdim olunacaq”. Bu sözləri açıqlamasında “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Əfsərli deyib.

Həmsöhbətimiz Əhmədovun təqdimatdan dərhal sonra vəzifəsinin icrasına başlayacğını da qeyd etdi: “Tərlan müəllim komandaya təqdim edildikdən dərhal sonra növbəti turun hazırlıqlarına start verəcək”.(sport24)