"Qarabağ"ın “Atletiko” və “Çelsi” ilə ev oyunlarının biletləri bu gündən satışda

Futbol üzrə Azərbaycan çempionu "Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacağı “Atletiko” (Madrid, İspaniya) və “Çelsi” (İngiltərə) ilə ev oyunlarına da bilet satışına start verir.
 
Bu gün saat 17:00-dan etibarən azarkeşlər artıq növbəti ev oyunlarının da biletlərini əldə edə biləcəklər. Bunun üçün iTicket.az saytına daxil olmağınız yetərlidi. Lakin bu oyunlara biletlərin satışı hələlik, yalnız onlayn şəkildə həyata keçiriləcək. Bir sözlə, biletləri digər satış mənqəqələrindən əldə etmək mümkün deyil. Bu, böyük ehtimalla oyunlar ərəfəsində təşkil olunacaq.
 
Qeyd edək ki, “Qarabağ”ın “Atletiko” ilə ev oyunu oktyabrın 18-də, “Çelsi” ilə qarşılaşması isə noyabrın 22-də baş tutacaq. Ağdam klubu sentyabrın 27-də də İtaliyanın “Roma” klubunu qəbul edəcək. Bakı Olimpiya stadionunda keçiriləcək bu oyuna artıq 25 000 bilet satılıb.
 
Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdı.
 
Biletlərin qiymətləri hər üç ev oyunu üçün eynidi:
VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN
 
Şatış məntəqələri: (Asan Xidmət Mərkəzləri, Heydər Əliyev Sarayının kassası, 28 Mall, Gənclik Mall, Park Bulvar (Qarabağ FK Fanshop), M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı), Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı), Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası).