“Qarabağ” - “Roma” matçına 30 min bilet satılıb

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində qarşılaşacağı “Roma” ilə ev oyununa bilet satışı davam edir. Bu günə olan məlumata görə, artıq 30 000 bilet satılıb.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdı.

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri:
VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN

Şatış məntəqələri:
Asan Xidmət Mərkəzləri
Heydər Əliyev Sarayının kassası
28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)