"Qarabağ" "Çelsi"nin meydanında - FOTOSESSİYA

“Qarabağ” “Çelsi”ylə qarşılaşmanın hazırlıqlarını tamamlayıb. Son məşqi oyunun keçiriləcəyi “Stamford Bric” stadionunda baş tutub və yerli vaxtla 18:45-də (Bakı vaxtıyla 21:45) start götürüb.

Futbolçularımız isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib. Son hazırlıq təxminən 1 saat davam edib.

Qeyd edək ki, “Çelsi” – “Qarabağ” matçı sabah saat 22:45-də başlayacaq.