Tahir Gözəl "Qarabağ"ın son məşqini “Stamford Bric”də izlədi - FOTO

“Qarabağ” sabah Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında səfərdə “Çelsi”nin qonağı olacaq. Təmsilçimiz qarşılaşmanın keçiriləcəyi “Stamford Bric” stadionunda son məşqinə çıxıb. Klubun vitse-prezidenti Tahir Gözəl də artıq Londondadır. O, komandasının son məşqini stadiondan izləyib. 

Qeyd edək ki, "Çelsi" - "Qarabağ" matçı sabah Bakı vaxtıyla saat 22:45-də start götürəcək.