"Qarabağ"ın Gənclər Liqasında debütü

Bu gün "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununa çıxacaq. Rəşad Sadıqovun baş məşqçisi olduğu komandası səfərdə "Çelsi"dəki həmyaşıdları ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 16:05-də başlayacaq.

Xatırladaq ki, Sadıqov bu gün əsas komandanın heyətində "Çelsi"ylə ÇL-un qrup matçına çıxacağından onu baş məşqçi postuna Aftandil Hacıyev əvəzləyəcək. 


12 sentyabr

UEFA Gənclər Liqası

16:05. "Çelsi” (İngiltərə) – "Qarabağ” (Azərbaycan)
Hakimlər: Robert Hennessi, Darraq Kiqan, Darren Keri (İrlandiya)

London. "Çelsi” klubunun təlim-məşq mərkəzinin “Cobham” stadionu.