"Bu oğlan "Çelsi"yə qol vuracaq" - FOTO

Bu gün Çempionlar Liqasında “Çelsi”nin qonağı olacaq “Qarabağ”ın polşalı futbolçusu Yakub Jezniçak iddialı paylaşımı ilə gündəmə gəlib. “Tvitter” hesabında komanda yoldaşları Dino Ndlovu və Maksim Medvedevlə şəklini paylaşan müdafiəçi cənubi afrikalı forvardın qol vuracağına işarə verərək bu sözləri yazıb: “Sabah bu oğlan qol vuracaq”.