Donald Gerrye: "Allahdan kömək istəyirəm"

UEFA Çempionlar Liqasının qrup mərhələsində bu gün “Çelsi” ilə qarşılaşacaq "Qarabağ"ın legionero Donald Gerrye sosial şəbəkədə paylaşım edib.
 
Haitili yarımmüdafiəçi London klubuna qarşı keçiriləcək oyun haqqında fikilərini bölüşüb.
 
O, futbolda hər şeyin mümkün olduğunu yazıb: “Birlikdə hər şey mümkündür. Allahdan kömək istəyirəm və bizi qorumasını diləyirəm”. Qeyd edək ki, “Çelsi” – “Qarabağ” oyunu Bakı vaxtilə saat 22:45-də start götürəcək.