"Qarabağ" məğlubiyyətlə başladı

"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununu keçirib.
 
 Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv I tur çərçivəsində İngiltərənin paytaxtı Londonda "Çelsi"nin qonağı olub. Matçın 49-cu dəqiqəsində "Qarabağ”ın futbolçusu İbrahim Qədirzadə qırmızı vərəqə alıb. Say üstünlüyündən istifadə edən meydan sahibləri 5:0 hesablı ilə qalib gəliblər.
 
Qeyd edək ki, Qaydalara əsasən, ÇL-ə vəsiqə qazanan klubların U-19 komandaları avtomatik olaraq, Gənclər Liqasında çıxış edirlər. Onların oyunları əsas komandanın qarşılaşmasının keçirildiyi gün olur.
 
 
UEFA Gənclər Liqası
16:05. "Çelsi” (İngiltərə) – "Qarabağ” (Azərbaycan) - 5:0 
Qollar: Kollum Hadson Odoy, 54. Trevoh Çaloboh, 63; 71; 74. Çarli Braun, 80
Qırmızı vərəqə: İbrahim Qədirzadə, 49 ("Qarabağ")
"Çelsi” klubunun təlim-məşq mərkəzinin stadionu
Baş hakim: Robert Hennessi
Baş hakimin köməkçiləri: Darraq Kiqan, Darren Keri (hamısı İrlandiya)
Dördüncü hakim: Con Basbi (İngiltərə)
UEFA nümayəndəsi: Bert Andersson (İsveç)
UEFA hakim-inspektoru: Peter Cons (İngiltərə)