“Qarabağ” ÇL-in tarixinə düşdü

Azərbaycan çempionu “Qarabağ” futbol üzrə UEFA Çempionlar Liqasının tarixinə düşüb.  Ağdam klubu qitənin ən nüfuzlu klub turnirindəki debüt matçında ən böyük hesabla uduzan iki komandadan birinə çevrilib.

UEFA-nın rəsmi saytının açıqladığı hesablamalara görə, Ağdam klubu Portuqaliya “Braqa”sının antirekordunu təkrarlayıb. Belə ki, sözügedən komanda da İngiltərə “Arsenal”ına qarşı keçirdiyi ÇL-in qrup mərhələsindəki debüt matçında 0:6 hesabıyla uduzub. 

“Qarabağ” da məhz İngiltərədə, bu ölkənin digər təmsilçisi “Çelsi”yə oxşar hesabla məğlub oldu.