David Zappakosta "Qarabağ"a qolundan danışdı: "Düzünü desək, irəliləyib yaxşı ötürmə etmək fikrində idim, amma sonluq qol oldu"

"Mən həqiqətən xoşbəxtəm. “Stemford Bric”də aruzların debütü oldu. Özüm üçün də hər şey əla idi. Amma Çempionlar Liqasındakı möhtəşəm qələbə daha vacibdi". Bu fikirləri "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda qarşılaşdığı "Çelsi"nin futbolçusu David Zappakosta bildirib.

Komandanının 6:0 hesabı ilə qalib gəldiyi matçda 2-ci qolunun müəllifi olan italiyalı yarımmüdafiəçi qapı torundan keçən gözlənilməz zərbəsindən danışıb: "Qol epizodunda, düzünü desək, irəliləyib yaxşı ötürmə etmək fikrində idim. Amma sonluq qol oldu. Belə hallar mümkündü. Biz qrupda daha yaxşı oynamağa çalışacağıq. Növbəti mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik".