Azərbaycanda qış “transfer pəncərəsi”nin vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasında qış “transfer pəncərəsi”nin vaxtı məlum olub.
 
Ölkə futbolunda növbəti keçid dövrü 2018-ci ilin yanvarında açılacaq.
 
Yeni ilin 13-cü günündən futbolçuların keçidini rəsmiləşdirmək imkanı qazanacaq klubların 4 həftə vaxtı olacaq. Belə ki, “pəncərə” fevralın 9-da bağlanacaq.
 
Qeyd edək ki, sonuncu transfer dövrü 2017-ci il iyunun 10-dan sentyabrın 1-dək olan müddəti əhatə etmişdi.