Rəşad Sadiqov: "Neftçi" üçün canımı qoymuşam"- VİDEO

"Neftçi"nin yeni transferi Rəşad Sadiqov "Neftçi” TV-yə açıqlama verib.

Təcrübəli yarımmüdafiəçi doğma hisslər keçirdiyini bildirib: "Üçüncü dəfədir bu komandaya qayıdıram. 7 il oynamışam, az müddət deyil. Bu klub üçün canımı qoymuşam. İlk dəfə bu komanda ilə Avropa Liqasının qrupuna vəsiqə qazanmışıq, o sevinci yaşamışam. Komanda yoldaşlarımla əlimizdən gələni edəcəyik ki, yenə qrup mərhələsində oynayaq, o həyəcanı yaşayaq. "Neftçi” Azərbaycanın flaqmanıdır. Həm yerli, həm də legioner – hər bir futbolçumuzun borcudur ki, komandanı yüksəklərə qaldırsın. Əvvəl bilmirdim necə olub, amma indi münasibətləri görürəm, burada atmosfer tam başqadır, yerli, legioner bir-biri ilə qardaşdır. Məncə, Tərlan müəllim bura kollektiv abu-hava gətirib. Çalışacağıq, yaxşı nəticələr verək”.