AFFA-dan cərimələr və xəbərdarlıq

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:
 
Topaz Premyer Liqasının 4-cü turunun “Qəbələ” – “Zirə” matçının 90+1-ci dəqiqəsində “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunun baş hakiminə qarşı emosional şəkildə etiraz etdiyi üçün xəbərdarlıq olunur. Bu hal yenidən baş verəcəyi təqdirdə məşqçi cəzalanacaq.
 
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyinin 4-cü turunun “Qəbələ" – “Zirə” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.
 
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyinin 4-cü turunun “İnter" – “Kəpəz” matçında “Kəpəz”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.