Milli komandamız FİFA reytinqində 13 pillə gerilədi

FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.

Azərbaycan milli komandası ötən ayla müqayisədə 13 pillə geriləyib.

Hazırda Robert Prosineçkinin baş məşqçi olduğu kollektiv 388 xalla 92-ci sırada qərarlaşıb. Milli üzvləri hesabat dövründə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin 2 oyununa çıxıblar. Sentyabrın 1-də səfərdə Norveçə 0:2 hesabı ilə uduzan yığma Bakıda San Marinonu darmadağın edib - 5:1.

Qeyd edək ki, FİFA növbəti reytinq siyahısını oktyabrın 16-da açıqlayacaq.