Tərlan Əhmədovun "Neftçi"də debüt oyununun başlanma saatı məlumdu

Topaz Premyer Liqasının V turu çərçivəsində keçiriləcək "Neftçi” – "Zirə” oyununun başlanma saatı açıqlanıb.  Sentyabrın 16-da "Bakcell Arena”da baş tutacaq görüş saat 19:00-da start götürəcək.s

Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasında oyun sentyabrın 17-də Binə qəsəbə stadionunda keçiriləcək və saat 16:00-da başlanacaq.

Xatırladaq ki, "Neftçi"nin əsas komandasının yeni baş məşqçisi təyin olunan Tərlan Əhmədov məhz qarşıdakı turda debüt edəcək.