"Zirə" yeni prezidentini açıqladı

“Zirə” Peşəkar Futbol Klubu (PFK) yayıb. Ardıcılk 3-cü mövsümdür Topaz Premyer Liqasında çıxış edən qəsəbə təmsilçisinin boş qalan prezident pöostuna yeni təyinat reallaşıb: "Məlum olduğu kimi, 2014-cü ildə təsis edilmiş “Zirə” Peşəakar Futbol Klubu qısa zamanda futbol ictimaiyyəti və azarkeşlərin etimadını doğrultmuş, onların rəğbətini qazana bilmişdir. Əldə edilmiş nailiyyətlərin qorunması, daha böyük uğurların qazanılması, eləcə də, Azərbaycan futbolunun inkişafına davamlı töhfə vermək kimi hədəflər hazırkı mərhələdə klubun daha da yüksək peşəkarlıq prinsipləri əsasında idarə olunmasını zəruri edir.

Bu məqsədlə aparılan klubdaxili məsləhətləşmələrin nəticəsi olaraq, Orxan Məmmədov “Zirə” PFK-nın fəxri prezidenti seçilib. “Zirə” PFK-nun yaradılmasının əsas təşəbbüskarı olmuş O. Məmmədov klubun əldə etdiyi uğurlarda böyük rola malikdir. Buna qədər icraçı direktor vəzifəsində çalışan Natiq İsmayılov “Zirə” PFK-nın prezidenti təyin olunub. İcraçı direktor vəzifəsini isə bundan sonra Cahangir Məmmədov yerinə yetirəcək".

Xatırladaq ki, "Zirə"nin prezident postu ötən mövsümün əvvəlində Vüqar Astanovun gedişindən sonra boş idi.