“Neftçi”nin yeniləri media nümayəndələri ilə görüşəcək

Sentyabrın 15-də, saat 17:00-da “Bakcell Arena”da “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov və yeni transfer Rəşad Sadiqovun iştirakı ilə mətbuat konfransı keçiriləcək. Mətbuat konfransından sonra - saat 18:00-da “Neftçi”nin “Zirə” klubu ilə oyunöncəsi son məşqi baş tutacaq.

Hazırlıq prosesinin ilk 10 dəqiqəsi KİV nümayəndələri üçün açıq olacaq.