Polina Rəhimova Avropa çempionatında hədəfimizi açıqladı: "Ancaq buna qədər qrupdan çıxmaq haqda düşünməliyik"

“Toplanış yaxşı gedir. Əvvəlcə Qubada hazırlıq keçdik. Daha sonra Sloveniyada təlim-məşq toplanışında olduq. Ardınca Milanda İtaliya ilə 3 yoxlama oyunu keçirdik. İndi isə məşqlərimizi doğma məkanda davam etdiririk" Bu fikirləri qadınlardan ibarət Azərbaycan voleybol yığmasının oyunçusu Polina Rəhimova bildiirb. Təcrübəli hücumçu millimidzə ucaboy oyunçularımızın çox olmasını üstünlük hesab edir: Biz yaxşı hücum edə, blok qura və servislərdən istifadə edə bilirik. Ən əsası, oyunlarımızı doğma meydançada keçirəcəyik. Güclü azarkeş dəstəyi olsa, uğurlu çıxış edəcəyik".

Millimizin lideri vətənimizdə keçirləcək Avropa çempionatının final mərhələsində medal qazanmağı hədəflədiklərini deyib: "Ancaq buna qədər qrupdan çıxmaq haqda düşünməliyik. Bu turnirdə zəif rəqibin olduğunu düşünmürəm. Bu üzdən qrupda hansısa komandanı gücünə görə fərqləndirmək doğru olmaz. Hətta Macarıstanı da siyahıdan silmək olmaz. Komandalar fərqli oyun üslublarına sahibdi. Hazırlıq vəziyyətləri də fərqlənir. Biz uzun müddətdi ki, AÇ-yə hazırlaşırıq. Bu da bizim üçün müsbət amildi”.