Emin Mahmudov "Neftçi"yə qoşuldu - FOTO

Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudovun "Neftçi"yə keçidi reallaşır. 25 yaşlı yarımmüdafiəçi artıq "ağ-qaralar"ın məşqlərində iştirak edir.

Bu gün "Bakcell Arena"da ilk 10 dəqiqəsi mətbuat üçün açıq olan məşqdə Emin yer alıb. Onun "Neftçi"yə ilə müqavilə imzalanması gerçəkləşən kimi bu transfer rəsmən açıqlanacaq.

Xatırladaq ki, Mahmudov ötən mövsüm "Boavişta"da çıxış edib və oynamadığına görə yeni mövsümün startında Portuqaliya klubundan ayrılıb.