"Zirə" İqbekoyiyin "50"ni hədiyyə ilə qeyd etdi

“Zirə”nin Topaz Premyer Liqasındakı ilk qolunun müəllifi Viktor İqbekoyi Azərbaycan karyerasındakı 50-ci qolunu da "qartallar"ın heyətində vurdu. 
 
Bu münasibətlə paytaxt klubu legioner futbolçunu xüsusi mükafatlandırıb. Belə ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, komanda üzvləri tərəfindən Viktora 50 nömrəli forma hədiyyə edilib.