“Seltik”in baş məşqçisi: "Azərbaycan klubunu kimsə buna görə günahlandıra bilməz"

Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Brendan Rocers Çempionlar Liqasının qrup mərhələsində PSJ-yə 0:5 hesablı məğlubiyyətdən sonra açıqlama verib.
 
44 yaşlı şimali irlandiyalı mütəxəssis böyükhesablı məğlubiyyətin səbəbini klublar arasındakı büdcə fərqində görüb.
 
Rocers söhbəti zamanı “Qarabağ”ı da misal göstərib: “Siz elə bilirsiz ki, belə klublara qarşı oynamaq asandır. PSJ-nin ən ucuz futbolçusunun 40 milyon avro transfer qiyməti var. “Qarabağ”a baxın. “Çelsi”yə 0:6 hesabı ilə uduzdu. Azərbaycan klubunu kimsə buna görə günahlandıra bilməz. Belə komandalarda 2-3 üst səviyyəli futbolçu olur və digərləri də onların üzərindən oynayır. Amma bu da hər zaman yaxşı alınmır”.